BURADA REKLAMINIZ OLA
BİLƏR

Dənizin donmuş hissəsi qopub, 80-dən çox balıqçı köməksiz vəziyyətdə qalıb

Rusiyada Oxot dənizində buz parçasının qopması nəticəsində balıqçlar köməksiz vəziyyətdə qalıb.

 

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

"Oxot dənizinin Starodubskoye kəndi yaxınlığında 50 metr enində buz sahəsinin qopması baş verib. İlkin olaraq 80-dən çox balıqçı sahildən bir kilometr aralıda tapılıb. Həvəskar balıqçılar qayıqla xilas edilir. Əraziyə Mi-8 helikopteri cəlb edilib, 75 nəfər artıq sahilə çıxarılıb”, - deyə idarənin yaydığı məlumatda qeyd olunub.

Tarix: 18 Fevral 2024, 09:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin