BURADA REKLAMINIZ OLA
BİLƏR

Dayısına qarşı 1,4 milyonluq dələduzluq edən şəxs hökmdən narazıdır

Bakıda dələduzluqda təqsirləndirilən Orxan Məhərrəmovun barəsindəki hökmdən kassasiya şikayəti verilib. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq. 

 

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 22-nə təyin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 

Qeyd: Orxan Nazim oğlu Məhərrəmov dayısı Amil Famil oğlu Əliyevin 1 milyon 400 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, zərərçəkmişin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsində ibtidai istintaq aparılıb və cinayət işi üzrə 2019-cu ilin dekabrında Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə axtarış elan olunub.

 

Kamal Məmmədov

 

Tarix: 19 Fevral 2024, 09:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin