BURADA REKLAMINIZ OLA
BİLƏR

Bərbərxanada qətl törədən şəxs apellyasiya şikayəti verdi

Bakıda adam öldürməkdə təqsirləndirilən İsmət Qədirovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 21-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmət Qədirov 16 il azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2022-ci il oktyabr ayında paytaxtın Nəsimi rayonunda baş verib. Asif Məhərrəmov küçəsində yerləşən bərbərxanların birində bərbər işləyən 1994-cü il təvəllüdlü İsmət Qədirov münaqişə zəminində həmyaşıdı olan İlkin Qurbanlını bıçaqlayaraq qətlə yetirib. İsmət Qədirova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 19 Fevral 2024, 10:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin