BURADA REKLAMINIZ OLA
BİLƏR

Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri bəraət istəyir

Külli miqdarda rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri Hüseyn Seyidovun barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı açıqlanıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin hazırlıq iclası fevralın 20-nə təyin edilib.

 

Şikayət hakim Ramin Qaraqurbanlının sədrliyi ilə araşdırılacaq.

 

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hüseyn Seyidov 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Hüseyn Seyidov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb.

 

Qeyd olunub ki, onun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı H.Seyidova qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

 

Tarix: 19 Fevral 2024, 10:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin