BURADA REKLAMINIZ OLA
BİLƏR

Pensiyaların məbləğində artımlar olacaq? - AÇIQLAMA

Azərbaycanda hökumətin yeni tərkibi formalaşandan sonra pensiyaların məbləğində artımlar olacağı barədə iddialar səsləndilir.

 

İqtisadçı-ekspert Eldəniz Əmirov isə Pravda.az-a açıqlamasında məsələyə münasibət bildirib.

Eldəniz Əmirov: Dayanıqlı iqtisadiyyata nail olmaq üçün ...

O qeyd edib ki, ölkədə pensiyaların artımı hər ilin əvvəlində əvvəlki illə müqayisədə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq həyata keçirilir: “2024-cü ilin yanvarın 1-nə qədər olan bütün pensiyalar 2023-cü il üzrə olan orta aylıq nominal əməkhaqqının artımına uyğun olub. Yəni artım 11, 2% olduğuna görə məhz indeksləşdirilmə də 11,2% olub və 1 yanvar tarixindən hesablanacaq. Sadəcə, 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibində olan maddi yardımlar var ki, onlar da eyni qədər indeksasiya olunaraq artımlara əlavə olunacaq. Bütün bunlar elektron sistem tərəfindən həyata keçirilir, yəni subyektiv müdaxilə olmur”.

 

Aytəkin Qardaşova

Fotoları təqdim edirik
Tarix: 19 Fevral 2024, 15:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin