BURADA REKLAMINIZ OLA
BİLƏR

Qayınatasını küçədə döyən şəxslə bağlı qərar verildi

Ağstafa Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Salman Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Natiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 
Məhkəmənin hökmü ilə o, 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunub və Salman Həsənov məhkəmə iclas zalında dərhal həbs edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

İttihama görə, hadisə 18 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində Ağstafa rayonu Eynallı kəndində qeydə alınıb. Belə ki, Salman Həsənov yaşadığı evin yaxınlığında qayınatası, zərərçəkmiş Şakir Əsədovla (şərti) şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb. Mübahisə zamanı o, zərərçəkmiş şəxsin yaxın qohumlarının gözü qarşısında yumruq və təpik zərbələri ilə qəsdən onun bədəninin müxtəlif nahiyələrinə vuraraq, qayınatasına xəsarətlər yetirib.

 

Hadisədən sonra Salman Həsənov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 20 Fevral 2024, 08:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin