BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə qadınları cinsi istismara məruz qoyan şəxslərlə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən Aləmzar Kərimovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Kazımova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: A.Kazımova cinayət işi üzrə iki qadını Türkiyəyə aparıb və orada cinsi istismara məruz qoyduğu bildirilir. İstintaq orqanı tərəfindən A.Kazımovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddəsi ilə ittiham elan olunub. 

 

Kamal Məmmədov

 

 

Tarix: 20 Fevral 2024, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin