BURADA REKLAMINIZ OLA
BİLƏR

Ali Məhkəmə rüşvətdə ittiham edilən vəzifəli şəxsin şikayətini təmin etmədi

Ali Məhkəmədə dələduzluq, dələduzluğa cəhd və rüşvətə təhrik etmədə təqsirləndirilən Yadigar Səmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 


Qərara əsasən, protest və şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə Yadigar Səmədov 19 sentyabr 2018-ci ildən 20 may 2019-cu il tarixədək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Mühafizə alayının komendant bölüyünün taqım komandiri, 20 may 2019-cu il tarixdən isə Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsinin yanğından mühafizə üzrə böyük inspektoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirib. Belə ki, o, bu məqsədilə 2018-ci ildə Bakı şəhərində tanış olduğu Baba Səfərovun (şərti) yaşadığı Qəbələ rayonunun Vəndam qəsəbəsində olan meşə ərazisi olmaqla Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında fəaliyyət göstərən Meşələrin İnkişafı Xidmətinin tabeliyində olan Təsərrüfat Mərkəzinin balansındakı və “Su tayı” istirahət mərkəzin və mərkəzin yerləşdiyi 0,80 ha ərazinin 10 il müddətə onun adına yenidən icarə müqaviləsi bağlanaraq icarəyə verilməsi, həmçinin məhkəmələrdə həmin mərkəzlə əlaqədar baxılan mülki işlərlə bağlı xeyrinə qərar çıxarılmasında köməklik göstərilməsinə dair yalandan vəd verib. Yadigar Səmədov həmin şəxsdən rüşvət qismində 15 000 manat pul alıb. Daha sonra o, eyni niyyətlə Baba Səfərovla telefonla əlaqə saxlayaraq qeyd edilən niyyətlə rüşvət qismində verilməsi üçün əlavə olaraq pul verilməsinin zəruri olmasını yalandan bildirib. Yadigar Səmədov bu yolla ondan müxtəlif vaxtlarda və yerlərdə ümumilikdə 33 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib. 

 

Daha sonra Baba Səfərov hər hansı sənədləşdirmə işlərin aparılmamasını və aldadılmasını görüb qalan pulu Yadigar Səmədova verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, həmin pul vəsaitini ondan ala bilməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmişə məxsus 37 000 manat pulu dələduzluq yolu ilə ələ keçirməyə cəhd edib.

 

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə ona bəraət verilib. Hökmündən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin çıxardığı hökmü ləğv edib, Yadigar Səmədovun 1 il 8 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasının saxlanılması qərara alınıb. Daha sonra dövlət ittihamçısı kassasiya protesti və məhkumun müdafiəçisi isə kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

 

Kamal Məmmədov

 

 

Tarix: 20 Fevral 2024, 08:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin