BURADA REKLAMINIZ OLA
BİLƏR

Şirkətin maşınını ələ keçirən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə həyat üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törətməkdə təqsirləndirilən E.Ağayevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
 

Qərara əsasən, protest təmin edilməyib.

 

İttihama görə, hadisə 27 mart 2022-ci il tarixdə, saat 17 radələrində Neftçala şəhəri, S.İmanov küçəsində qeydə alınıb.

 

Belə ki, E.Ağayev tanışı, zərərçəkmiş E.Əsgərovun etibarnamə əsasında idarə etdiyi şirkətlərin birinə məxsus “Ford Tranzit” markalı avtomobili hərəkətdə olarkən saxladıb. O, həmin vaxt üzərində olan bizlə zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə vuraraq, ona xəsarətlər yetirib, eyni zamanda, E.Əsgərovun həyatı üçün təhlükəli olan zor tətbiq etməklə 15 000 manat dəyərində “Ford Tranzit” markalı avtomobili talama məqsədi olmadan idarə edib, hadisə yerindən uzaqlaşıb. Bununla da E.Ağayev xeyli miqdarda ziyan vuraraq avtomobili qanunsuz olaraq ələ keçirib.

 

Hadisədən sonra E.Ağayev cinayət məsuliyyətinə cəlb edilib. 

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb. Daha sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.

 

Kamal Məmmədov

 

 

Tarix: 20 Fevral 2024, 08:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin