BURADA REKLAMINIZ OLA
BİLƏR

Protokol: “APF qida məhsulları” gömrük qaydalarını pozub

“APF qida məhsulları” MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Naxçıvan Şəhər Məhkəməsinin hakimi Gülsüm Əliyevanın sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 20 Fevral 2024, 09:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin