BURADA REKLAMINIZ OLA
BİLƏR

“Baku steel company” QSC barəsində tərtib edilən cərimə protokoluna bu tarixdə baxılacaq

“Baku steel company” QSC barəsində tərtib edilən inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, baxış iclası Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun sədrliyi ilə fevralın 28-də keçiriləcək.

 

Qeyd: Gömrük Komitəsi QSC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Xəyal Quliyev

Tarix: 20 Fevral 2024, 10:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin