BURADA REKLAMINIZ OLA
BİLƏR

"Uşaqların özlərini kriminal avtoritet kimi aparırlar"

"Şüvəlan məktəbində  baş verənlər dəhşətlidir. Təhsil Nazirliyi və DİN araşdırma edib, açıq şəkildə bu cür hallara yox deməlidirlər".

 

Pravda.az-ın xəbərinə görə, bunu "Əli və Nino" kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli deyib.

Nigar Köçərli iki şirkətini ləğv edir -

"Bu bullinqdir, amma eyni zamanda bunu da qeyd etmək istəyirəm - uşaqların hərəkətlərinə diqqət yetirsək, görərik ki, özlərini açıq şəkildə  kriminal avtoritetləri kimi aparırlar. Məktəblərdə, xüsusən də yuxarı siniflərdə, "AUE" kriminal subkulturası təbliğ olunur. Buna sərt şəkildə son qoyulmalıdır. Yaşanan bu dəhşətli hadisələr artıq yetəri qədər ciddi həyəcan siqnalıdır" - o əlavə edib.

 

Qeyd edək ki, sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb. Dövlət qurumları görüntülərlə bağlı araşdırma aparırlar.

Tarix: 20 Fevral 2024, 10:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin