BURADA REKLAMINIZ OLA
BİLƏR

Psixiatriya Xəstəxanasının sabiq şöbə müdirinin yenidən məhkəməsi başladı

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri Hüseyn Seyidovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanlı  sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.  
 

Məhkəmənin növbəti iclası fevralın 27-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hüseyn Seyidov 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Hüseyn Seyidov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb.

 

Qeyd olunub ki, onun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı H.Seyidova qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

 

Tarix: 21 Fevral 2024, 08:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin