BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Məmmədov: "Kamil Zeynallının saxlanılmasında Ermənistan məsələsi ortaya çıxsa, artıq iş dövlət səviyyəsində həll olunmalıdır"

“Kamil Zeynallının Rusiyada saxlanılması barədə məlumatı oxudum. Rusiyadakı səfirimiz Polad Bülbüloğlu da məlumat verib ki, məsələ səfirliyin nəzarətindədir. Hətta qeyd edib ki, konsulu bununla məşğul olmaq üçün göndəriblər. Əgər bu hadisədə Ermənistan məsələsi ortaya çıxsa, artıq iş dövlət səviyyəsində həll olunmalıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin üzvü Elman Məmmədov deyib.

 

“Azərbaycan dövləti hansısa düşmən dövlətin sifarişi ilə baş verən hadisəyə biganə qalmayacaq. Öz vətəndaşımızın müdafiəsi üçün ən yüksək səviyyədə lazımi tədbirlər görəcək”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 21 Fevral 2024, 10:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin