BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq vəzifəli şəxsin həbsdə olan oğlu yenidən məhkəmə qarşısında

 

Bakı Apellyasiya Məhkəməsində Hesablama Palatasının Dövlət İnvestisiyalarının Auditi Şöbəsinin sabiq müdiri Bəhram Abbasovun oğlu, “Konstra” MTK-nin təsisçisi və sədri Bəsrət Abbaslı və onunla birgə ittiham olunanların - MTK-nın direktoru Dilafir Rəsulov, o cümlədən əməkdaşı Tahir Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası fevralın 29-na təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə D.Rəsulov 13 il 6 ay, T.Əliyev 13 il, B.Abbaslı 1 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər. İstintaq dövründə zamində olan B.Abbaslı məhkəmə zalında həbs edilib.

 

Qeyd: D.Rəsulov və T.Əliyev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda zərər vurmaqla) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), B.Abbaslı isə yalnız 303.2-ci maddə ilə ittiham edilirdilər. Onlar zərərçəkmiş şəxslərdən pul alsalar da, ev verməyib, pulu öz maraqları üçün xərcləyiblər.

 

Xatırlatma: “Konstra MMC” şirkəti ilə əlaqədar uzun müddətdir narazılıqlar var. Məsələ ilə bağlı açıqlama verən B.Abbaslı bildirmişdi ki, atası Bəhram Abbasovun qanuni olaraq şirkətə aidiyyəti yoxdur. Onun sözlərinə görə, sadəcə, cavan olduğu üçün əksər görüşlərə atasını da aparıb.

 

Kamal Məmmədov

Tarix: 22 Fevral 2024, 08:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin