BURADA REKLAMINIZ OLA
BİLƏR

Ali Məhkəmə küllli miqdarda dələduzluq edən şəxi bağışlamadı

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Səfər Səfərovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, Səfər Səfərov tanışı, zərərçəkmiş Vahid Qədimova (şərti) özünü şirkətlərdən birinin maliyyə idarəsinin rəis müavini, o cümlədən nüfuzlu və işgüzar şəxs kimi təqdim edib, həmin müəssisənin rəhbər vəzifəli şəxsi tərəfindən dəftərxana ləvazimatlarının və tikinti materiallarının alqı-satqısı və təchizatının ona həvalə edilməsinə dair həqiqətə uyğun olmayan məlumatlar verməklə, guya haqqında bəhs etdiyi işə sərmayə qoyacağı təqdirdə kommersiya işləri görərək qazanc əldə edəcək. O, 2014-2016-cı illər ərzində həmin şəxsdən ümumilikdə 812 662 manat pul alaraq dələduzluq edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səfər Səfərov 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayətini təmin etməyib.

 

Kamal Məmmədov

Tarix: 22 Fevral 2024, 09:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin