BURADA REKLAMINIZ OLA
BİLƏR

Aleksey Navalnının ölümü ilə bağlı tibbi rəy açıqlanıb

Fevralın 16-da həbsxanada vəfat edən Aleksey Navalnının ölümü ilə bağlı tibbi rəy məlum olub.

 

Bu barədə “Kommersant” nəşri yazıb.

 

Nəşrin bildirdiyinə görə, Navalnının anası Lyudmila fevralın 21-də müstəntiqlərin onu Salexard morquna apardığını və oğlunun meyitini göstərdiklərini söyləyib.

 

O, tibbi ölüm şəhadətnaməsinə imza atdığını deyib.

 

Lyudmila Navalnaya göstərilən tibbi rəydə Alekseyin ölümünün səbəbinin təbii olduğu bildirilir./APA

Tarix: 22 Fevral 2024, 21:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin