BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan millisi İsveçrəyə məğlub oldu

Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

 

Tahir Baxşıyevin baş məşqçisi olduğu komanda səfərdə İsveçrə seçməsi ilə üz-üzə gəlib.

 

Görüş meydan sahiblərinin 72:53 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Millinin ilkin təsnifat mərhələsindəki digər rəqibləri isə İrlandiya və Kosovo kollektivləridir.

 

Qeyd edək ki, Azərbaycan yığması ikinci oyununu fevralın 25-də Bakıda Kosovo seçməsinə qarşı keçirəcək.

 

APA

Tarix: 23 Fevral 2024, 00:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin