BURADA REKLAMINIZ OLA
BİLƏR

“Societe generale de surveill azce Azeri LTD” gömrük qaydalarını pozdu

“Societe generale de surveill azce Azeri LTD” MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü (Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Xəzər Rayon Məhkəməsinin hakimi İlham Cəfərzadənin icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 23 Fevral 2024, 15:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin