BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağ”ın rəqibi bəlli olur - CANLI YAYIM

Fevralın 23-də Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.



Pravda.az xəbər verir ki, "pley-off”da "Braqa” (Portuqaliya) səddini adlayaraq tarixində ilk dəfə Avroliqanın 1/8 finalında oynamaq imkanı qazanan "Qarabağ” da püşkatmada təmsil olunacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.


Bu mərhələdə "pley-off”un qalibləri Avropa Liqasında qrupu birinci yerdə başa vurmuş 8 komandadan biri ilə qarşılaşacaq. Ağdam klubunun potensial rəqibləri sırasında onunla eyni qrupda yarışmış "Bayer” də (Almaniya) var. 


Ümumilikdə Azərbaycan təmsilçisinin 8 potensial rəqibi aşağıda adları qeyd olunanlardır:


"Atalanta" (İtaliya)

"Bayer" (Almaniya)

"Brayton" (İngiltərə)

"Vest Hem" (İngiltərə)

"Vilyareal" (İspaniya)

"Liverpul" (İngiltərə)

"Reyncers" (Şotlandiya)

"Slaviya" (Çexiya)


Qeyd edək ki, Avroliqada 1/8 finalın ilk oyunları 7 mart tarixində, cavab görüşləri isə 14 mart tarixində keçiriləcək.

 

 



Tarix: 23 Fevral 2024, 15:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin