BURADA REKLAMINIZ OLA
BİLƏR

Hərbi vəzifəlilər atəşin aparılması üzrə tapşırıqları icra ediblər - VİDEO

Cari ilin döyüş hazırlığı planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə təlim toplanışı keçirilib.

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, plana uyğun olaraq hərbi vəzifəlilərlə atəş hazırlığı üzrə məşğələlər keçirilib, onlara müxtəlif çaplı atıcı silah və qumbaraatanların taktiki-texniki xüsusiyyətləri çatdırılıb.

 

Təhlükəsizlik qaydaları izah olunduqdan sonra peyda olan hədəflərə atəş mövqeyini dəyişməklə müxtəlif vəziyyətlərdən atəşin aparılması üzrə tapşırıqlar icra olunub.

 

Döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də praktiki vərdişlərinin artırılması məqsədilə keçirilən toplanışda fəaliyyətlər uğurla yerinə yetirilib.

 

Tarix: 24 Fevral 2024, 12:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin