BURADA REKLAMINIZ OLA
BİLƏR

Bir milyonluq oğurluğa görə məhkum olunmuş şəxs şikayətçidir

Oğurluqda təqsirləndirilən İsmayıl Qəhrəmanov və tanışı Kənan Əliyevin barəsindəki hökmdən kassasiya şikayəti verilib. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası fevralın 29-na təyin edilib.

 

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib, apellyasiya protesti qismən təmin olunub, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm ləğv edilib. Dövlət ittihamçısının Cinayət Məcəlləsinin 29,177.3.2-ci (oğurluğa cəhd) maddəsi üzrə ittihamdan İsmayıl Qəhrəmanova və Kənan Əliyevə münasibətdə imtina etməsi səbəbindən cinayət işinə həmin Məcəllənin 29,177.3.2-ci maddəsi ilə bağlı hissədə bəraətverici əsaslarla xitam verilib. İsmayıl Qəhrəmanov Cinayət Məcəlləsinin 177.3.2-cü (oğurluq) maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun 19 dekabr 2021-ci il tarixdən 18 avqust 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 7 ay 29 gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılıb və üzərində qəti olaraq 7 il 4 ay 1 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

 

Kənan Əliyev Cinayət Məcəlləsinin 306.1 və 32.5, 177.3.2-ci maddələri ilə təqsirli bilinib və ona 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Kənanın isə 19 dekabr 2021-ci il tarixdən 18 avqust 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 7 ay 29 gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılıb, üzərində qəti olaraq 5 il 4 ay 1 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

 

İttihama görə, həmin şəxslər paytaxt ərazisində evlərin birinə daxil olaraq seyfi sındırmaq yolu ilə ümumlikdə 71854 manat pul oğurlayıblar.

 

Eyni zamanda İsmayıl və Kənan həmin mənzildən içərisində ümumilikdə 221 000 manat pul olan seyfi qırmağa çalışıblar. Lakin onlar istəklərinə nail ola bilməyiblər və ərazidən uzaqlaşıblar.

 

İstintaq orqanı İsmayıl Qəhrəmanovla Kənan Əliyevin barəsində Cinayət Məcəlləsinin külli miqdarda oğurluq və külli miqdardamiqdarda oğurluğa və maddəsi ilə ittiham irəli sürülüb.

 

Xatırlatma: İsmayıl Qəhrəmanov 2016-cı ildə 1 milyon manat oğurlamaqda təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Daha sonra azadlığa çıxmışdı.

 

Kamal Məmmədov

 

Tarix: 26 Fevral 2024, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin