BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda “avtoş” niyə həbs edilib? - FOTO

Avtoxuliqanlıq etdiyinə görə inzibati qaydada həbs edilmiş 23 yaşlı Məhəmməd Hüseynli ilə bağlı müzkirələr səngimir.

 

Pravda.az-ın xəbərinə görə, araşdırma nəticəsində məlum olub ki, o, xeyli müddətdir paytaxt ərazisində günün müxtəlif saatlarında özünəməxsus qırmızı rəngli 99-RA-367 və etibarnamə ilə idarə etdiyi ağ rəngli 99-TV-117 dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobillərlə digər hərəkət iştirakçılarının – sürücü və piyadaların həyatına real təhlükə yaradıb.

 

M.Hüseynli istifadəsində olan nəqliyyat vasitələrinin konstruksiyalarına dəyişikliklər etməklə paytaxt yollarında yol polisi əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərib, avtomobillərinə quraşdırılan, istifadəsi qanunla qadağan olunan sayrışan işıqlar, yüksək avazlı səs siqnallarından, saxta qeydiyyat nişanlarından istifadə etməklə avtoxuliqanlıq hərəkətlərini davam etdirib. Əksər hallarda avtomaşınlarını dövlət qeydiyyat nişanları olmadan nəqliyyat axının əksinə hərəkət etdirib.

 

O, mayın 12-də növbəti avtoxuliqanlıq hərəkətləri edərkən Binəqədi DYPŞ əməkdaşları tərəfindən saxlanılıb və barəsində toplanmış materiallarla birlikdə rayon məhkəmsinə göndərilib. Məhkəmənin qərarı ilə 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə o, 30 sutka inzibati qaydada həbs edilib.

 

Qohumları iddia edirlər ki, M.Hüseynli avtomobillə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun xidməti avtomobilinin qarşısında “avtoş”luq etdiyinə görə saxlanılıb. Əgər belədirsə, həbslə bağlı addım təqdirəlayiqdir.

 

Qohumları onu da iddia edirlər ki, avtomobili Məhəmməd Hüseynli deyil, başqa bir şəxs idarə edib. Deyirlər ki, avtomobil 2 il əvvəl satılıb, sadəcə, M.Hüseynli həmin şəxsə etibarnamə verib, yəni avtomobil M.Hüseynlinin adında qalmaqdadır, polislər də səhv addım ataraq avtomobilin əsl sahibini deyil, Məhəmməd Hüseynlini tutub. Polislərin belə səhv addım atacağı inandırıcı deyil, çünki səbəb yoxdur, Məhəmməd Hüseynlini haradan tanıyırlar ki? “İnstagram” sosial şəbəkəsində araşdırma apardıq, məlum oldu ki, Məhəmməd Hüseynlinin həmin qırmızı rəngli 99-RA-367 dövlət qeydiyyat nişanlı "VAZ-2107" avtomobillə şəkilləri uzaq tarixdə deyil, 2019-cu ildə çəkilib, yəni “Avtomobil iki il əvvəl satılıb” arqumenti əsaslı deyil. M.Hüseynlinin ağ “07” ilə də fotoları var...

 

Gəncdir, həbsi heç də arzuolunan deyil, əsas odur, bir də belə əməllər törətməsin.

 

Bütün hallarda avtoxuliqanlara qarşı sərt cəza tədbirləri həyata keçirilməlidir.

 

Azərbaycanda “Yol terroru”nda müharibədən də çox itki verib. Hər gün 10-larla insan yollarda həlak olur. Bu halların qarşısı necə alınmalıdır bəs?

 

Kənan Mirzəyev

Fotoları təqdim edirik
Tarix: 18 May 2020, 12:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin