BURADA REKLAMINIZ OLA
BİLƏR

Sakin: "Xocalının ən dəyərli bir yerində Ulu Öndərimizin abidəsini ucaltmağı xocalılılar adından Sizdən xahiş edirik"

Cənab Prezident, vaxtınızı çox almayaq. Bütün xocalılıların Ulu Öndərimiz qarşısında verdiyi bir vəd var. Mən vermişəm o vədi Ulu Öndərimizə. Mən demişdim ki, cənab Prezidentimiz, Sizin rəhbərliyinizlə biz torpaqlarımızı işğaldan azad etdikdən sonra Xocalının ən dəyərli, görkəmli bir yerində Sizin abidənizi ucaldacağıq.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə sakinlərdən biri deyib.

 

"Cənab Prezidentimiz, Sizdən çox xahiş edirik, necə ki, bax bu yeri uğurla seçmisiniz, Xocalının ən dəyərli bir yerində Ulu Öndərimizin abidəsini ucaltmağı bütün xocalılılar adından Sizdən xahiş edirik", - o bildirib.

Tarix: 26 Fevral 2024, 19:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin