BURADA REKLAMINIZ OLA
BİLƏR

Oğurluqda ittiham olunan şəxs dindirmə protokolunun bir hissəsini yedi

Yakutiyada oğurluqda təqsirləndirilən şəxs öz etirafı olan dindirmə protokolunun bir hissəsini yeyib.

 

Ötən ilin payızında Megino-Kanqalasski rayonunun 36 yaşlı sakini oğurluqda ittiham olunaraq istintaq təcridxanasına göndərilib. Oktyabrın sonunda o, cinayət işinin materialları ilə tanış olmaq üçün istintaq idarəsinə çağırılıb. Proses zamanı həmin şəxs imkan tapıb, dindirmə protokolunun üzərində etiraf imzası olan hissəni cıraraq udub.

 

Oğurluqda təqsirləndirilən şəxs ədalət mühakiməsinə mane olma maddəsi ilə mühakimə olunub və 320 saat icbari əmək cəzasına məhkum edilib.

 

Oxu.az

Tarix: 27 Fevral 2024, 07:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin