BURADA REKLAMINIZ OLA
BİLƏR

Doktorantura və rezidenturaya qəbul imtahanlarının tarixlərində dəyişiklik edildi

Doktorantura və rezidenturaya qəbul imtahanlarının tarixlərində dəyişiklik edilib.

 

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, dəyişikliyə əsasən, doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada təhsil alan iddiaçılar üçün xarici dil imtahanı 9 iyun tarixində keçiriləcək. Buna müvafiq olaraq, əcnəbilər üçün Azərbaycan dili imtahanı 10 iyun, danışıq bloku imtahanı isə 11-14 iyun tarixlərində təşkil olunacaq.

 

Rezidentura səviyyəsinə qəbul imtahanının birinci mərhələsinin ikinci cəhdi 23 iyunda keçiriləcək. İştirakçıların nəzərinə çatdırırıq ki, imtahan və tədbirlərin qrafikində hər hansı dəyişiklik olarsa, bununla bağlı əvvəlcədən ictimaiyyətə məlumat təqdim olunur.

Tarix: 27 Fevral 2024, 16:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin