BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını öldürən şəxsə CƏZA VERİLDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə ittiham olunan 1987-ci il təvəllüdlü Mehman Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
 

Qeyd: 2023-cü ilin martın 9-da, saat 22 radələrində Qaradağ rayonu Müşviq qəsəbəsində 1996-cı il təvəllüdlü qəsəbə sakini Elbrus Orucovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.


Araşdırmalarla cinayət əməlini şəxsi münasibətlər zəminində qəsəbə sakini Mehman Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
 

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə Mehman Məmmədov saxlanılıb.


Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

 

Kamal Məmmədov 

Tarix: 28 Fevral 2024, 09:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin