BURADA REKLAMINIZ OLA
BİLƏR

Nizami Orucov erkən nikahdan danışdı: "Mərasimdə iştirak edən şəxsləri polisə aparmaq lazımdır"

Son zamanlar ölkəmizdə 15-16 yaşında yeniyetmə qızların nikaha cəlb edilməsi ilə bağlı polislərin dərhal əməliyyat keçirmələri, ailələrlə bağlı cəza tədbirinin görülməsi, erkən nikahın qarşısının alınması ictimaiyyətdə müsbət addım kimi qarşılanır, dəstəklənir. Lakin cəmiyyətin müəyyən kəsimi hüquq-mühafizə orqanlarının bu addımına irad tutaraq keçmiş dövrləri örnək gətirir. Bildirilir ki, nənə-babalarımız da 15-16 yaşında ailə qurublar, burada bir qəbahət yoxdur... 

 

Tanınmış psixoloq Nizami Orucov isə Pravda.az-a açıqlamasında deyib ki, belə düşüncə, yanaşma, psixologiya heç də sağlam deyil: “Bu məsələ hər zaman aktualdır. Yaşa, evliliyə və bu kimi bir çox məsələlərə fərqli yanaşan kütlə həmişə olacaq. Bu psixologiya zəmanə ilə uyğunlaşmır. Çünki xanım və ya bəy olmasından asılı olmayaraq gənc yaşda bir fərdin formalaşmadan ailə həyatı qurmasının onun sağlamlığına, psixoloji vəziyyətinə, sosial həyatına nə dərəcədə böyük zərbələr yaşatdığını bu yanaşma ilə qurulmuş ailələrdə görürük. Belə ailələrin nə ilə nəticələndiyini də çox yaxşı izləyə bilirik. 14-15 yaşlı bir qız uşaqdır. Onun hələ özünə tərbiyə verən, dərs deyən lazımdır. O, iki-üç ilə ana olub öz uşağına nə tərbiyə, nə təhsil verəcək, övladına necə baxacaq? Həmin yaş qrupunda olan xanımlarla ailə həyatı quran və yaşı 30-dan yuxarı olan kişilər də məsuliyyətə cəlb edilməlidirlər. Hər iki tərəfin valideynləri, qohum-əqrəbaları da. Sözün açığı, mənlik olsa, toydakı hamını polisə aparardım. Bu şəkildə məsuliyyətə cəlb edilməlidirlər. Bu insanlar savadı, biliyi, dünya görüşü olmayan, öz cahilliklərini normal sayan insanlardır. Lakin buna qarşılıq olaraq dövlətimiz, polisimiz və qanunlarımız var!” 

 

Aytəkin Qardaşova 

Tarix: 28 Fevral 2024, 10:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin