BURADA REKLAMINIZ OLA
BİLƏR

"İnteractive brokers" gömrük qaydalarını pozdu

"İnteractive brokers" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Suraxanı Rayon Məhkəməsinin hakimi Nərminə Rzayevanın sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 28 Fevral 2024, 11:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin