BURADA REKLAMINIZ OLA
BİLƏR

Hərbçimiz Laçında azaraq itkin düşüb - RƏSMİ

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, hərbi qulluqçunun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.

 

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Tarix: 28 Fevral 2024, 12:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin