BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycanda devalvasiya qaçılmazdır!” – PROQNOZ


Yanvar ayında ölkədə valyuta ilə depozitlər 2023-cü ilin dekabrına görə xeyli artıb. Belə ki, yanvarda fiziki şəxslərin xarici valyutada depozitləri 284,4 milyon manat artaraq 4 milyard 555,6 milyon manata, hüquqi şəxslərin xarici valyutada depozitləri 542 milyon manat artaraq 9 milyard 548,9 milyon manata yüksəlib.

 

Bu ilin yanvarında banklardakı milli valyutada depozitlər 381,1 milyon manat azalıb - yəni, insanlar manatda olan depozitlərini dollara dəyişməyə başlayıblar.

 

Digər bir xəbərdə bildirilir ki, 2024-cü ilin yanvar ayında ötən ilin dekabr ayı ilə müqayisədə Azərbaycan banklarının xarici valyutada cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 315,2 milyon manat artaraq 4 milyard 682 milyon manata çatıb. Yanvarda verilən cəmi kreditlərin 82%-i xarici valyutada olub.


 
Bundan başqa, Mərkəzi Bankın keçirdiyi hərraclarda dollara təlabat da kəskin artıb - 2024-cü ilin əvvəlindən bu yana keçirilmiş 15 valyuta hərracında banklara cəmi 1 milyard 207,7 milyon dollar satılıb. Modern.az-ın məlumatına görə, iqtisadçı ekspert Natiq Cəfərli dollara olan tələbatın artmasını şərh edib. “Bütün bu rəqəmlər onu göstərir ki, valyuta ilə bağlı gözləntilər artıb, ciddi ajiotaj, təlaş var – Mərkəzi Bank və hökumət isə bu gözləntilətri normal idarə edə bilmir. Vətəndaşlar və bizneslə ciddi kommunikasiya problemi var – bu isə təlaşı artıran faktordur. Dünyada Mərkəzi bankların əsas funksiyalarından biri də gözləntiləri idarə etmək, sözlü müdaxilələrlə proseslərə yön verməkdir – hələ ki bizdə bu sahə axsayır.

 

Mənim fikrimcə - dəfələrlə publik açıqlamalarda da bunu demişəm - Azərbaycanda devalvasiya qaçılmazdır, sadəcə zaman məsələsidir. Açığı, bu il olacağına inanmıram, çünki ölkədə seçki sürəcləri var, amma gələn il ərzində hökumət bu addıma getməyə məcbur olacaq. Hökumətin ən böyük günahı odur ki, heç vaxt öz səhvlərindən nəticə çıxarmır”.

 

Ekspert deyib ki, 2015-cil il devalvasiyalarından sonra manatın “üzən məzənnəsi” formalaşmalı idi, amma hökumət buna getmədi, sadəcə inzibatı üsulla məzənnə siyasəti yürütdülər.

 

“İnzibati üsulla, əmrlə məzənnəni bir müddət sabit saxlamaq olur, bu daimi proses deyil, ola da bilməz, necə ki, 2005-2015-ci illər arası biz bunu gördük – 10 illik sabit məzənnə rejimi, sonra 3 pilləli devalvasiya. 2025-ci ildə növbəti 10 illik dövr başa çatır...”.

Tarix: 28 Fevral 2024, 13:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin