BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu qurğuların icarə haqqı ləğv edildi

Nazirlər Kabineti “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.

 

Qərara əsasən, qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 fevral tarixli 12 nömrəli Sərəncamı çərçivəsində tikilən qurğular üzrə illik icarə haqqının minimum məbləği bu Qərarda həmin qurğular üçün nəzərdə tutulmuş icarə haqqına sıfır əmsalı tətbiq edilməklə hesablanacaq.

 

Nazirlər Kabinetindən APA-ya bildirilib ki, “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 191 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 fevral tarixli 107 nömrəli Qərarı “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 fevral tarixli 12 nömrəli Sərəncamı çərçivəsində tikilən qurğular üzrə illik icarə haqqının ləğv edilməsini nəzərdə tutur.

Tarix: 28 Fevral 2024, 17:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin