BURADA REKLAMINIZ OLA
BİLƏR

Manatın məzənnəsi ilə bağlı mühüm açıqlama: "İnsanlar devalvasiya təhlükəsi hiss etdiyi üçün..."

Manatın taleyi ilə bağlı Mərkəzi Bankın verbal intervensiyasına ehtiyac var, çünki dollara olan tələbin artması, təkcə manata olan təzyiqi artırmaqla bitmir. O həm də iqtisadi aktivliyi aşağı salır. Sadə dildə desək, insanlar devalvasiya təhlükəsi hiss etdiyi üçün xərcləməli olduqları pulu xərcləmir, dollara çevirib saxlamağa üstünlük verir. Hələ üstəgəl manatla olan əmanətlərini də dollara çevirməyə çalışır. Bu, zəngirvari şəkildə dollar tələbini artırır, manatı sıxır, aktivliyi öldürür.


Pravda.az-ın xəbərinə görə, bunu ekspert Eldəniz Əmirov bildirib.


"Bu durum iqtisadiyyatın bir çox sektorlarına ciddi mənfi təsir edir. Buna görə də əgər 2024-cü ildə devalivasiyanın olmayacağına dair Mərkəzi Bankda əminlik varsa, o zaman bir yumşaq verbal intervensiya ilə psixoloji gərginliyi azalda bilər", - E.Əmirov qeyd edib.

Tarix: 28 Fevral 2024, 18:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin