BURADA REKLAMINIZ OLA
BİLƏR

Toyda musiqi üstündə qohumunu döyən şəxsə hökm oxundu

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Dadaş Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.   

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 
 

Məhkəmənin hökmü ilə o, 1000 manat cərimə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyib. 

 

İttihama görə, hadisə 05 iyul 2023-cü il tarixdə, saat 22 radələrində Astara rayonu, Siyakü kəndində yerləşən “Qismət” şadlıq evində keçirilən toy şənliyində qeydə alınıb.

 

Belə ki, Dadaş Quliyev qohumunun toy məslisində olan zamanı digər qohumu, zərərçəkmiş şəxsin Fərhad Babayevin (şərti) oğlu həmin vaxt ifa olunan musiqini dayandırıb. Təqsirləndirilən şəxs isə bununla bağlı irad bildirib. Daha sonra o, zərərçəkmiş şəxsə qarşı nalayiq ifadələr işlədib, onun boyun və kürək nahiyəsindən yumruqla zərbələr vurub. Nəticədə Dadaş Fərhadın sağlamlığına zərər vurmayan, dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə xuliqanlıq edib.

 

Hadisədən sonra o, cinayət məsuliyyətinə cəlb edilib. Zərərçəkmiş təqsirləndirilən şəxslə barışıb, ondan şikayət və tələbi olmayıb.

 

Kamal Məmmədov

 

Tarix: 29 Fevral 2024, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin