BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi evini satışa çıxarmasından narazı qalan arvadını döydü

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Alı Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 
 

Məhkəmənin hökmü ilə ona 10 ay müddətinə azadlığın məhdudlaşdrılması (elektron qolbaq) növündə cəza təyin edilib.

 

İttihama görə, hadisə 18 yanvar 2024-cü il tarixdə, saat 23 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Alı Məmmədov fərdi yaşayış evində arvadı, zərərçəkmiş Rəna Məmmədova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə kişinin evlərini satışa çıxarması, qadının isə bundan narazı qalması olub. Nəticədə Alı taxta parçası ilə arvadının üzərinə hücum edib, qəsdən onun sol əlindən, habelə bədəninin müxtəlif və ayaq nahiyələrindən zərbələr vuraraq, Rənaya xəsarətlər yetirib.

 

Hadisədən sonra qadın polisə müraciət edib, Alı Məmmədov cinayət məsuliyyətinə cəlb olunub.

 

Kamal Məmmədov

Tarix: 29 Fevral 2024, 08:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin