BURADA REKLAMINIZ OLA
BİLƏR

Şirkətin 62 min manatını mənimsəyən şəxsə şərti cəza verildi

Şəki Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Zakir Təhməzovun (şərti) cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, Zakir Təhməzov 04 yanvar 2022-ci il tarixdən 08 iyun 2022-ci il tarixədək olan müddət ərzində “A+CO” ASC-nin Kommersiya Departamentinin Satış şöbəsinin region üzrə satış bölməsinin satış təmsilçisi vəzifəsində işləyib. O, işlədiyi müddətdə şirkətin ümumilikdə 62 113 manat məbləğində pul vəsaitini mənimsəyərək ələ keçirib.
Hazırda təqsirləndirilən şəxs tərəfindən “A+CO” ASC-yə dəymiş maddi ziyan tamamilə ödənilib, onunla barışılıb, zərərçəkmişin Zakir Təhməzov barəsində hər hansı şikayəti və ya tələbi yoxdur.

 

Məhkəmə istintaqı zamanı Zakir Təhməzov elan edilmiş ittiham üzrə özünü təqsirli bilib, törətdiyi əməli etiraf edib, əməlindən peşman olduğunu söyləyib.

 

İstintaq dövründə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 29 Fevral 2024, 08:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin