BURADA REKLAMINIZ OLA
BİLƏR

Maşınla qadını vuraraq öldürən şəxslə bağlı QƏRAR

Şəki Apellyasiya Məhkəməsində piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Sahib Əhmədovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.



Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, protest təmin edilməyib.



Qeyd: Hadisə 15 iyul 2023-cü il tarixdə, saat 20:00 radələrində Göyçay şəhəri Nizami küçəsində qeydə alınıb.



Belə ki, 1960-cı il təvəllüdlü Sahib Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1951-ci il təvəllüdlü Səfayə Abışovanı vurub. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.



Daha sonra Sahib Əhmədov cinayət məsuliyyətinə cəlb edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Göyçay Rayon Məhkəməsinin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

 

Kamal Məmmədov 

Tarix: 29 Fevral 2024, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin