BURADA REKLAMINIZ OLA
BİLƏR

Bələdiyyə torpağını qanunsuz zəbt edən şəxsə elektron qolbaq taxıldı

Gəncə Apellyasiya Məhkəməsində torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmada təqsirləndirilən Xəlil Bayramovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət qismən təmin edilib, Goranboy Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilib. Hökmlə təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin (CM) 188.3-cü (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə təyin edilən 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1000 manat məbləğində cərimə cəzası ilə əvəz olunub.

 

İttihama görə, Xəlil Bayramov 01 aprel 2016-cı il tarixdən etibarən 5 il müddətinə idarə etdiyi Goranboy rayonunun Xanqərvənd kəndi ərazisində yerləşən 2.1359 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində bağ sahəsi salıb. O, həmin bağ sahəsinin cənub hissəsində yerləşən, sözügedən bələdiyyəyə məxsus kənd təsərrüfatı təyinatlı, uqodiyası çaylar və su arxları kimi nəzərdə tutulan torpaq sahəsinin ərazisində ümumi istifadəli gediş-gəliş yolunda etibarnamə əsasında istifadə etdiyi torpaq sahəsini suvarmaq məqsədi ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan subartezian quyusu qazdırıb. Təqsirləndirilən şəxs həmin quyunun üzərində 1,0x0,5 m ölçüdə dəmir konstruksiyalı qutu quraşdırmaqla 0,5 kv.m torpaq sahəsini özbaşına tutub.

 

Kamal Məmmədov

Tarix: 29 Fevral 2024, 09:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin