BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə 10 yaşlı uşağı maşınla vuraraq öldürən sürücü ilə bağlı qərar çıxardı

Şəki Apellyasiya Məhkəməsində Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nurullah Dibirovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.
 

Balakən Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Nurullah Dibirov cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkəcək.
 

Qeyd: Hadisə ötən ilin sentyabr ayının 11-də baş verib. Balakən şəhəri R.Səmədov küçəsi ilə Talalar kəndi istiqamətinə hərəkət edən rayon sakini Nurullah Dibirov idarə etdiyi "QAZ-31" markalı minik avtomobili ilə piyada 2013-cü il təvəllüdlü Rail Nail oğlu Nağıyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan R.Nağıyev Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Azyaşlı sentyabrın 14-də xəstəxanada vəfat edib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov 


Tarix: 1 Mart 2024, 08:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin