BURADA REKLAMINIZ OLA
BİLƏR

AYNA-dan 4 nömrəli marşrutla bağlı şikayətlərə CAVAB

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 4 nömrəli marşrut xətti ilə bağlı sərnişinlərin etirazına münasibət bildirib. 

 

Qurumdan Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, "Xətai" metro stansiyasını Montin qəsəbəsi ilə əlaqələndirən 4 nömrəli marşrut xəttində hazırda 8 nəqliyyat vasitəsi fəaliyyət göstərir. 

 

"İntervalın pozulmasına günün pik saatlarında avtobusların keçdiyi Xocalı prospekti və Puşkin küçəsində müşahidə edilən ləngimələr səbəb olur. Daşıyıcıya plana uyğun olaraq xəttəki nəqliyyat vasitələrinin sayını 10-a çatdırılması tövsiyə edilib". 

 

Aytəkin Qardaşova 

Tarix: 1 Mart 2024, 09:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin