BURADA REKLAMINIZ OLA
BİLƏR

“Changan” avtomobillərinin Azərbaycandakı rəsmi distrübitoru nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxsə verib - PROTOKOL

"Azərbaycan avtomobil evi" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 335.1-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə fiziki şəxslər altmış manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirlinin icraatındadır.

 

Qeyd: “Azərbaycan Avtomobil Evi” MMC “Changan” avtomobillərinin Azərbaycanda rəsmi distrübitorudur.

 

Xəyal Quliyev

Tarix: 1 Mart 2024, 11:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin