“Bina inşa edən şirkət MMC-dirsə, 18%-lik vergi ödəyicisidirsə, birmənalı şəkildə vətəndaşların binanın zirzəmisində heç bir haqqı yoxdur. Özləri istər satın ala, istərsə də icarəyə götürə bilərlər, çünki zirzəmi mülkiyyətçiyə aiddir. Əvvəlki MTK məntiqinə qayıtsaq, məsələyə 1994-cü ildəki “Mənzil Tikinti Kooperativləri haqqında” qanuna müvafiq olaraq yanaşsaq, görərik ki, qanunda ümumi ərazilər ümumi istifadədə olan ərazilər kimi qeyd olunur. Burada mübahisə yaranır. Evi alarkən bağladığımız payçı müqavilələrinə nəzər salaq. Biz inşaat gedən, hələ çıxarışı olmayan binalardan 2007-2010-cu illərdə ev alarkən əksər MTK-lar müqavilədə yazırdılar ki, məsələn, siz çöldən-çölə ümumi ölçüsü 100 kvadrat, iç ölçü həcmləri 85-90 kvadrat olan mənzilin pay sahibisiniz. Bunun qarşılığında isə məbləğ göstərilir. MTK-lar müqaviləyə istinad edirlər ki, siz yalnız bu payın sahibisiniz və yalnız bu pay üçün ödəniş etmisiniz. Yəni sizin mülkiyyət hüququnuz olanda o paya aid olmuş olur. Dolayısı ilə, mübahisə buradan qaynaqlanır. Əslində qanunda boşluq var. Yaxşı olardı ki, biz bu sistemə şəffaflıq və aydınlıq gətirək. Bütün dünyada belə bir praktika var- ya net, ya da brüt satışlar həyata keçirilir. Məsələn, Türkiyədə brüt satış həyata keçirilərkən siz 150 kvadratmetrlik ev alırsınızsa, onun net ölçüləri, təqribən, 90-100 kvadrat arasında olur. Deyəcəksiniz ki, axı mən buna pul verdim. Axı siz həmçinin foyenin də, avtomobil üçün bir və ya iki qarajın da, həyətdə ümumi istifadə olunan ərazilərin də ödənişini etmiş olursunuz...”
Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı ekspert, “Opera Group” MMC-nin direktoru Firdovsi Xəlilov deyib.
F.Xəlilov bildirib ki, vətəndaş brüt satışla evi alarkən yuxarıda sadalanan imkanlarla birgə alır və bunun fərqindədir: “Sonradan həmin vətəndaşlar kirayə deyil, kommunal xidməthaqqını ödəyirlər. Dünyada mövcud digər praktika netto satış sistemidir. Brüt olan ölkələrdə həm də net satışlar var. Net satışda siz ümumi ölçüsü 80-90 kvadrat ev alırsınızsa, sadəcə, net ölçüləri bu olan evin üstündə mülkiyyət hüququnuz olur. Net olaraq digər resursları da almaq məcburiyyətindəsiniz. “Mənzil Tikinti Kooperativləri haqqında” qanun tazıya “qaç”, dovşana “tut” deyir. Gəlin fikirləşək ki, MTK-lar bir evi sizə satdılar və arayışını verdilər. Siz o evi alarkən həm də qarajın pulunu ödəmisinizmi? Bunu fikirləşməlisiniz. Onda şirkətə deyin ki, bu evi alarkən həm qarajı müqaviləmə əlavə etmək, həm də digər hissələrdən pay istəyirəm. Belə daha ədalətli olardı, çünki qanunda boşluq var. Bunu əsas götürərək, qarajı almadığım, ödənişi etmədiyim halda paya necə iddia edə bilərəm? Belə hallarda vətəndaşlar iddiaçı kimi çıxış edirlər və məhkəmə mübahisəsi yaranır. Vətəndaşlar bu mübahisəni əksər hallarda qazana bilmirlər”.
Mütəxəssis vətəndaşların MTK-lar qarşısında olan digər hüquqlarını da sadalayıb: “Məsələn, “X” bir ərazidə bina tikilib başa çatdı, təhvil verildi. Hər kəs çıxarışını aldıqdan sonra vətəndaşlar özləri iclas keçirərək binanın idarəetməsini öz seçdikləri şəxslə, yaxud kənardan gələn şirkətlə davam etdirə bilirlər. Belə halda binanın sahibinin səs haqqı olmur. Binanın sahibi olan MTK sahiblərinin özlərinin də həmin binada evləri varsa, yalnız onda səs haqqları olur. Səsvermə nəticəsində istəsələr, özləri binanın idarəetməsini həyata keçirə bilərlər. Məsələn, binanın birinci mərtəbəsində obyekt var. Bu obyekti MTK satmayıb, sahibkar özündə saxlayıb. O demək deyil ki, bina idarəetməsinin həmin obyekt üzərində də hüququ var. Xeyr, idarəetmə o obyektdən, sadəcə, kommunal xidmət haqqı tələb edə bilər, başqa heç nə. Belə bir sual yarana bilər: Bəs Sovet dövründənqalma beş və doqquzmərtəbəli binaların zirzəmiləri? Heç kim deyə bilməz ki, bunları vətəndaş özü satır. Bu istiqamətdə bələdiyyələr çox gücsüzdürlər. Sahibkarlar yerli icra hakimiyyəti orqanları, “JEK”lərlə, xüsusən, icra hakimiyyəti orqanları ilə bir şəkildə zirzəmin obyekt kodunun alınmasına, onlar tərəfindən özəlləşdirilməsinə nail olurlar. Sonradan da istismar edirlər. Bəs biz zirzəmini pulunu vermədiyimiz halda MTK-dan istəyiriksə, “mənə pulsuz yer ver, çünki ev almışam” deyiriksə, onda beşmərtəbəli və ya doqquzmərtəbəli binada yaşayan vətəndaşlar eyni müraciətlə buyursunlar, icra hakimiyyətlərinə desinlər ki, zirzəmilərdə olan obyektləri icarəyə verin, satmayın, oradan bizə pul verin, çünki bizim binamızın zirzəmisidir. Hələ indiyə qədər belə bir cəhd eşitməmişəm, görməmişəm. Sadəcə, eşitmişəm ki, kimsə etiraz edib, amma maddi tərəfdən ələ almayıb. Olsun, amma pulu bazar qiymətinə dəyərləndirilsin, neçə sakin varsa, onların arasında bölünsün. Məntiq eynidir. İcra hakimiyyəti qarşısında iddia qaldırsınlar, görək, nəticə nə olur...”
Aytəkin Qardaşova
24 Oktyabr 10:49
24 Oktyabr 10:38
24 Oktyabr 10:33
24 Oktyabr 10:29
24 Oktyabr 10:25
24 Oktyabr 10:21
24 Oktyabr 10:15
24 Oktyabr 10:10
24 Oktyabr 10:04
24 Oktyabr 09:48
24 Oktyabr 09:39
24 Oktyabr 09:37
24 Oktyabr 09:33
24 Oktyabr 09:31
24 Oktyabr 09:27
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
Ən son xəbərləri səhifəmizdən də izləyin