BURADA REKLAMINIZ OLA
BİLƏR

Rauf Əliyev AFFA-nın prezidenti olacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, AFFA-nın prezidenti Rövnəq Abdullayev öz istəyi ilə aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında namizədiyini irəli sürməyəcəyini bildirib. Namizədlər arasında Milli Məclisin deputatı Rauf Əliyevin olacağı iddia edilir. 

 

R.Əliyev Pravda.az-a açıqlamasında məsələyə aydınlıq gətirib: 

 

“Bu iddia doğru deyil. Hələ heç bir namizədin adını çəkə bilmərəm. Çünki AFFA İcraiyyə Komitəsinin növbəti iclası bu gün keçirilib. Nizamnaməyə əsasən, Hesabat-Seçki konfransına 15 gün qalana qədər namizədlər irəli sürülməlidir. Bunun üçün isə sənədlər hazırlanmalıdır. Yəqin ki, bu proses bir neçə həftə çəkəcək. Konfransa 15 gün qalmış bütün namizədlər bəlli olacaq və hər kəs biləcək”. 

 

Aytəkin Qardaşova

Tarix: 1 Mart 2024, 17:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin