BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur seysmoloqdan zəlzələ xəbərdarlığı: 7 bal və daha güclü...

Türkiyə Elmlər Akademiyasının üzvü, professor Naci Görür "Türkiyənin hər yerində səhər yuxudan duranda 7 və daha çox bal gücündə zəlzələ ola bilər" deyə xəbərdarlıq edib.


Pravda.az publika.az-a istinadən xəbər verir ki, Türkiyənin zəlzələlərdən xilas ola bilməyəcəyinə işarə edən alim, yeraltı təkanlara davamlı yaşayış sahələrinin yaradılmasının vacibliyini vurğulayıb:
 

"Hər zəlzələdə bir gecədə 80-90 min insanı dəfn edə bilmərik. Bu bizə yaraşmır. Səhər oyananda Türkiyənin hər yerində 7 bal və ya daha böyük gücdə zəlzələ ola bilər. Bu da böyük fəlakətlərə səbəb olur. İtkilərimiz çoxdur. Tükiyədə 5 baldan yuxarı zəlzələlər ölümə səbəb olur. Bunu həll etməliyik".

Tarix: 2 Mart 2024, 09:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin