BURADA REKLAMINIZ OLA
BİLƏR

Professordan ZƏLZƏLƏ XƏBƏRDARLIĞI:7 bal gücündə...

Qazi Universiteti Zəlzələ Araşdırma Mərkəzi Qurucu Başçısı Geologiya Mütəxəssisi, professor Süleyman Pampal 6 fevral 2023-cü ildə Kahramanmaraş mərkəzli zəlzələlərdə ən böyük dağıntının yaşandığı və çoxlu itkilərin yaşandığı Hatay haqqında xəbərdarlıq edib.

 

Pravda.az Referans.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

 

Ölüdəniz Fay xəttinə diqqət çəkən Pampal deyib:

 

"Fevralın 6-da baş verən zəlzələlər zamanı bu fay Hatayın Kırıkxan əazisinə qədər qırılıb. Bu ərazidə ən dağıdıcı və tez-tez zəlzələ baş verən faydır. İndi o fay qırılmağa başlayacaq. Əgər başlasa, təəssüf ki, Hatay yenidən dağıdıcı bir zəlzələ yaşayacaq. Bunu nəzərə alaraq, o zəlzələlərə tab gətirmək üçün Hatayı yenidən qurmalıyıq. Bu bölgə, bu fay 7-8 bal gücündə zəlzələlər yaradır. Fay xətti qırılarsa, 7 baldan daha böyük zəlzələ yaradacaq. Bundan Hatayın yuxarı mərkəzi və cənubdakı Suriya təsirlənəcək".

Tarix: 3 Mart 2024, 18:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin