BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda oğlunu və gəlinini baltalayan şəxs yenidən məhkəmə qarşısında

Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Mehti İsmayılovun barəsindəki hökmdən kassasiya şikayəti verilib. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası martın 5-nə təyin edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehti İsmayılov 14 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsində onun şikayətini təmin etməyib.

 

İttihama görə, hadisə Bakının Maştağa qəsəbəsində qeydə alınıb.

 

Mehti İsmayılov hadisə zamanı oğlu Rəşadın başından baltayla zərbə vurub, gəlini Cəmalənin üzünün bir neçə yerində balta zərbələrindən çapıq yaranıb, sol budundan bir neçə yerdən kəsik xəsarətləri alıb.

 

O, məhkəmədə ifadə verərək oğlu və gəlininin onun arvadını dəfələrlə döyməsindən bezdiyini, buna görə də onların hər ikisini öldürmək istədiyini bildirib.

 

Kamal Məmmədov

Tarix: 4 Mart 2024, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin