BURADA REKLAMINIZ OLA
BİLƏR

Şagirdlər arasında erkən nikah hallarının qeydə alınması ilə gündəmə gələn məktəbin direktoru işdən çıxarılıb - FOTO

Şagirdlər arasında erkən nikah hallarının qeydə alınması ilə gündəmə gələn Salyan rayon Pambıqkənd tam orta məktəbinin direktoru Dilbər Qurbanova işdən çıxarılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, həmin vəzifəyə artıq yeni təyinat olub. 

 

İddia olunur ki, direktor Dilbər Qurbanova iki həftə əvvəl vəzifəsindən təkcə qeyd olunan fakta görə deyil, işindəki digər nöqsanlara görə azad edilib. 

 

Əldə etdiyimiz məlumata görə, Pambıqkənd məktəbində yoxlamalar aparılır, keçmiş direktorun fəaliyyəti araşdırılır. 

 

Pravda.az D.Qurbanova ilə əlaqə saxlasa da, o, zənglərə cavab verməyib, dəstəyi asıb.

 

Məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına sorğular ünvanlanıb.

 

Qeyd: Salyan rayon Pambıqkənd tam orta məktəbində şagirdlər arasında erkən nikah halı qeydə alınıb. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” hesabında paylaşım edib. O bildirib ki, məktəbin 11-ci sinif şagirdlərindən biri uşaq dünyaya gətirib. İddia olunur ki, məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları üçün dərsə gəlməsələr də, jurnalda adları qeyd olunur və qiymətləri yazılır.

 

Aytəkin Qardaşova 

Fotoları təqdim edirik
Tarix: 4 Mart 2024, 12:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin