BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Kərimli üçün özəl gün

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimlinin doğum günüdür.

 

Pravda.az-ın xəbərinə görə, T.Kərimlinin 68 yaşı tamam olur.

 

O, 5 mart 1956-cı ildə Ağsu şəhərində doğulub. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi, 1983-cü ildə ADU-nun hüquq fakültəsini və ixtisas kurslarını bitirib. Çilingər, təsərrüfat müdiri, hüquq məsləhətçisi, məhkəmə iclas katibi, hakim əvəzi, İsmayıllı rayon xalq hakimi işləyib. T.Kərimli Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, (1992–1993), İsmayıllı rayon XDS-nin deputatı (1990–1993), Azərbaycan Ali Sovetinin deputatı (1990–1995) olub. 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Milli Məclisi ona Ali Dərəcəli Hakim rütbəsini verib. 1998-ci ildən Vəhdət Partiyasının sədridir. Azərbaycan Xalq Cəbhəsinin II Proqram və Nizamnaməsinin, Vəhdət Partiyasının Proqram və Nizamnaməsinin müəlliflərindən biridir. V və VI çağırış Milli Məclisə keçirilən seçkilərdə deputat seçilib.

 

Evlidir, dörd övladı vardır.

 

"Pravda.az" kollektivi deputatı doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, fəaliyyətində uğurlar arzulayır.

Tarix: 5 Mart 2024, 08:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin