BURADA REKLAMINIZ OLA
BİLƏR

Gənc oğlan onu doğum günü münasibətilə təbrik etməyən yeznəsini bıçaqladı

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Zaur Dadaşovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib. 
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 13 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsində qeydə alınıb.

 

Belə ki, 2023-cü il təvəllüdlü Zaur Dadaşov yeznəsi, zərərçəkmiş Əfqan İsmayıllıya onu doğum günü münasibətilə təbrik etməsini xahiş edib. Lakin zərərçəkmiş onu təbrik etmək əvəzinə təqsirləndirilən şəxsin ünvanına nalayiq söyüş söyüb. Bu zaman onların arasında mübahisə yaranıb. Sonra Zaur yaşadığı evə daxil olub mətbəx bıçağını götürərək küçəyə çıxıb, zərərçəkmiş şəxsin sol bel nahiyəsinə bir dəfə qəsdən vurub. Nəticədə o, həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurub.

 

Kamal Məmmədov

 

Tarix: 5 Mart 2024, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin