BURADA REKLAMINIZ OLA
BİLƏR

Küçədə tanışlarının ayaqlarının altına atəş açan şəxsə hökm oxundu

Abşeron Rayon Məhkəməsində xuliqanlıq, qəza törətmək və qanunsuz silah saxlamada təqsirləndirilən Zaur Fərəcovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, Zaur Fərəcov 10 sentyabr 2022-ci il tarixdə, saat 00:50 radələrində etibarnamə əsasında özünə məxsus olan “Mercedes-Benz C240” markalı avtomobili sərxoş vəziyyətdə idarə edib. O, Bakı şəhəri Yasamal rayonu Z.Əhmədbəyov küçəsi ilə Bakıxanov körpüsü istiqamətində yolun sağ hərəkət zolağı ilə hərəkətdə olarkən maşını yolun kənarında Bakı Şəhər İcra Hakimiyyətinin “Palermo” tipli ikiçıraqlı işıq dirəyinə vurub. Nəticədə həmin dirəyi zədələyib, müəssisəyə 5295 manat dəyərində ziyan dəyib və ehtiyatsızlıqdan avtomobilin salonunda sağ qabaq oturacaqda əyləşmiş sərnişin xəsarət alıb.


Bundan başqa, Zaur Fərəcov 30 noyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Turabov küçəsində Zahid və Səfər (hər ikisinin adı şərti) adlı şəxslərlə aralarında mübahisə yaranıb. Bu zamanı o, gödəkçəsinin döş cibində saxlayıb gəzdirdiyi “Makarov” “PM” modelli tapançanı çıxarıb, həmin şəxslərin ayaqlarının altına, sonra isə Səfərin etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı avtomobilə ümumilikdə 6 dəfə atəş açıb.


Hadisələrdən sonra Zaur saxlanılıb və ondan “Makarov” “PM” modelli tapança və 6 ədəd giliz polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

 

Kamal Məmmədov 

Tarix: 5 Mart 2024, 09:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin